Əsas məzmuna keç
DEMO Legal
DEMO Legal

Müqavilədə ən çox gözdən qaçan dörd bənd

30 avqust 2026 · 1 dəq

Bu bəndlər adətən sonda yerləşir və oxunmur — problem də oradan çıxır.

Müqavilə yoxlayarkən eyni bəndlərə diqqət edirik. Onlar demək olar həmişə problemli olur.

1. Mübahisələrin həlli yeri

Qarşı tərəf öz şəhərinin məhkəməsini yazır. Mübahisə çıxsa, siz oraya getməli olursunuz — vaxt və xərc.

2. Birtərəfli qaydada dəyişiklik hüququ

«Tərəflərdən biri şərtləri dəyişə bilər» tipli ifadə. Adətən qiymətə aid olur.

3. Cərimə asimmetriyası

Sizin gecikməyə görə cərimə var, onların gecikməsinə görə yoxdur.

4. Müqavilənin dayandırılması şərtləri

Nə vaxt və necə çıxa bilərsiniz. Bəzən çıxış üçün altı aylıq xəbərdarlıq tələb olunur.

Müqaviləni imzalamazdan əvvəl yoxlatmaq bir neçə yüz manata başa gəlir. Sonradan həlli isə min manatlarla.

Oxşar yazılar

WhatsApp-da yazın